Blueprint Construction müxtəlif mürəkkəbliyə malik istənilən bina və qurğular üçün eləcə də elektrik stansiyaları və yarımstansiyaları, su təchizatı və su təmizləmə qurğuları, istehsal sahələri, telekommunikasiya qovşaqları və digər xüsusi obyektlər üçün mühəndis kommunikasiyalarının qurulması və təmiri xidmətlərini həyata keçirir. Şirkət mühəndis kommunikasiyalarının hər bir istiqaməti üzrə professional ixtisaslı mühəndis komandasına malikdir.
Blueprint Construction şirkətinin həyata keçirdiyi mühəndis kommunikasiya işləri yüksək keyfiyyəti ilə fərqlənir. Şirkət mühəndis kommunikasiyalarının qurulması zamanı ən müasir texnologiyalardan və ən keyfiyyətli materiallardan istifadə edir.