Sənaye Obyektlərinin Tkintisi

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı böyük sayda müxtəlif tip sənaye obyektlərinin qurulmasına zəmin yaratmışdır. Sənaye obyektlərinin tikintisi və qurulması daha çox mühəndis professionallığı və təcrübə tələb edir. Blueprint Construction şirkətinin komandası bu sahədə böyük təcrübəyə və yüksəkixtisaslı personala malikdir. Sənayenin növündən və həcmindən asılı olaraq subyektə özəl layihələndirmə, tikinti, quraşdırma, mühəndislik, təmir-bərpa, sınaq kimi işlər komandamız tərəfindən ən yüksək keyfiyyətlə həyata keçirilir. Sənaye obyektlərinin tikintisi dünya standartlarına uyğun müasir texnologiyaların təbiqi ilə həyata keçirilir. Müxtəlif ölçüdə sənaye obyektinin tikintisini həyata keçirmək üçün müvafiq texnika və avadanlıqlara malik şirkətimiz qarşıda qoyulan hədəflərə ən yüksək keyfiy

Blueprint Construction sənaye obyektlərinin tikintisi və layihələndirilməsini sahəsində aşağıdakı işləri həyata keçirir:

  • -  İstehsal müəssisələrinin layihələndirilməsi və tikintisi;
  • -  Anbarların və iri soyuducuların tikintisi;
  • -  Su stansiyaları və təmizləyici qurğuların tikintisi;
  • -  Elektrik stansiyaları və yarımstansiyaların tikintisi;
  • -  Rabitə qovşaqlarının və data mərkəzlərin tikintisi;

Blueprint Construction şirkətinin mühəndis komandası sənaye obyektinin layihəsinə uyğun müxtəlif həcmdə mühəndis sistemlərinin qurulmasını həyata keçirir. Şirkət sənaye obyektlərində aşağıdakı mühəndis işlərini həyata keçirir:

  • -  Yüksək və alçaq gərginlikli paylayıcı qurğuların tikintisi;
  • -  Elektrik xətlərinin çəkilməsi;
  • -  Soyutma sistemlərinin qurulmas;
  • -  Havalandırma sistemlərinin qurulması;
  • -  Qazanxanaların qurulması;
  • -  Mexanika sistemlərinin qurulması;
  • -  Su və kanalizasiya sistemlərinin qurulması;
  • -  Kommunikasiya sistemlərinin qurulması;
  • -  İstehsal xətlərinin qurulması;
  • - Yeraltı kommunikasiya tunellərinin tikintisi;
  • -  Yanğından mühafizə və təhlükəsizlik sistemlərinin qurulması;
  • -  Böyük kütlələli kranların qurulması;

Blueprint Construction müxtəlif ölçülü şəhər və kəndlər üçün ağıllı şəhər və ağıllı kənd layihələrini həyata keçirmək üçün professional komandaya malikdir. Bu tip layihələr ən muasir innovativ texnologiyalara əsaslanan həllərin tətbiqi ilə həyata keçirilir.

Şirkət kənd təsərrüfatı sahəsində müxtəlif obyektlərin tikintisini də həyata keçirir. Bu sahədə böyük təcrübəyə malik şirkət bina və qurğuların tikintisi ilə yanaşı təsərrüfat subyektinin idarə olunması üçün müxtəlif növ innovativ texnologiyaların tətbiqini də təklif edir.

Blueprint Construction mühədnis həlləri ilə yanaşı sənaye obyektləri üçün ərazi- abadlaşdırma, yolların tikilməsi və dizayn xidmətlərini təklif edir. Həyata keçirilən bütün işlər texniki nəzarət və keyfiyyətə nəzarət komandaları tərəfindən daim yoxlanılır və müvafiq keyfiyyət və uyğunluq sertifikatları ilə təmin edilir.