Blueprint Construction şirkəti müxtəlif ölçülü avtomobil yollarının tikintisi, yol-beton işləri, asfaltlama işləri və yolların təmir – bərpa işlərini həyata keçirir. Şirkət müasir standartlara cavab verən keyfiyyətli yolların qurulması üçün ən müasir texnikadan və texnologiyalardan istifadə edir. Şirkət avtomobil yollarından əlavə aerodromlar üçün uçuş zolaqlarının tikintisi, böyük tonlu avtomobillər üçün meydançaların tikintisi həyata keçirir.
Blueprint Construction şirkəti avtomobil yollarının təklükəsizliyi üçün müasir dizaynlı yol ayrıclarının, yolkənarı məhdudlayıcıları, işıq dirəkləri, yol nişanları və digər məhdudlayıcı və qoruyucu konstruksiyaların qurulmasını da həyata keçirir. Bundan əlavə yollarda rəngləmə və zolaqlama işləri də şirkətin təqdim etdiyi xidmətlər sırasındadır.
Avtomobil yolları üçün az vacib sayılmayan yol kənarı abadlıq və landşaft dizayn xidmətləri də şirkətimiz tərəfindən təklif olunur. Yol kənarı abadlıq layihələri, yollarda mühəndis kommunikasiyaları, yolların intellektual izlənməsi kimi xidmətlər də professional komandamız tərəfindən həyata keçirilə bilir.